• cümə, 26 Aprel, 10:09
  • Baku Bakı 12°C

Bu gün Türkiyə çempionatının 23-cü turun mərkəzi qarşılaşması keçiriləcək

23.02.20 16:30 1625
Bu gün Türkiyə çempionatının 23-cü turun mərkəzi qarşılaşması keçiriləcək
Fevralın 23-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turun mərkəzi qarşılaşması keçiriləcək.
AZƏRTACxəbər verir ki, "Şükrü Saracoğlu” stadionunda baş tutan görüşdə iki əzəli rəqib "Fənərbaxça” və "Qalatasaray” komandaları üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. "Qalatasaray” əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.
Hazırda "sarı-qırmızılar” 42 xalla 4-cü, "sarı-lacivərdlilər” isə 38 xalla 6-cı pillədə qərarlaşıb. "Cim-Bom” bu gün qələbə qazanacağı təqdirdə, lider "Trabzonspor” və "Sivasspor”la xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, bu tur "Trabzonspor” klubu "Beşiktaş”la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. "Sivasspor” isə "Alanyaspor”a qalib gəlib - 1:0.
banner

Oxşar Xəbərlər