AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib

Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib

İdman
03 Avqust 2020, 09:30 541
"Open Azerbaijan" Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib.
Bu barədə Azərbaycan Milli Karate Federasiyasından bildirilib.
Qeyd olunub ki, Elnurə Əzimzadə ("Arpaçay" klubu, 8-9 yaş uşaqlar, ), Şəlalə Rüstəmova ("Qara-Qaplan" klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov ("Avey" klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar.
Murad Cəfərli ("İnam" klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev ("Qara-Qaplan" klubu) və Elməddin Səlimli ("Arpaçay" klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay" klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (Avey" klubu) və Əli Məmmədli ("Arpaçay" klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova ("Arpaçay" klubu) isə bürünc mükafata layiq olublar.
İlk Beynəlxalq "Open Azerbaijan" virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.