Berdıyev azərbaycanlıya səs verdi
"Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasının
2017-ci il mövsümündə ən yaxşı gənc futbolçu seçimini açıqlayıb.
Kaspi.az xəbər verir ki, Berdıyev "Anji”nin yarımmüdafiəçisi Ayaz
Quliyevi fərqləndirib. O, "beşliy”i müəyyənləşdirərək, Ayaz Quliyevi birinci
yerdə göstərib.
Maraqlıdı ki, "Rubin”in baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi
"beşliy”ə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. Sayaxov
ilk pilləyə "Rubin”in hücumçusu Rifat Cemaletdinovu layiq görüb.
Səsvermədə klubların rəsmiləri və məşqçiləri, jurnalistlər iştirak
edirlər.