AZE | RUS | ENG |


Belarus I Avropa Oyunları ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir

Belarus I Avropa Oyunları ilə bağlı Azərbaycanın təcrübəsini öyrənir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlıqlarına həsr olunan görüşdə iştirak edib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Belarusun Prezident Administrasiyası rəhbərinin birinci müavini, təhsil və idman nazirləri, Belarus Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak ediblər.

F.Hacıyev birinci Avropa Oyunlarına hazırlıq prosesi zamanı görülmüş işlərdən danışıb. O, bütün ölkənin bu işə səfərbər olduğunu, Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın proseslərə birbaşa rəhbərlik etdiklərini diqqətə çatdırıb. Görüşdə, həmçinin hazırlıqlara cəlb olunan insan resursları, o cümlədən könüllülər və mütəxəssislər, könüllülərin hazırlanması prosesi haqqında ətraflı məlumat verilib.

Belarus idmançıları, bu ölkənin Milli Olimpiya Komitəsinin, İdman və Turizm Nazirliyinin rəhbərləri Bakıda birinci Avropa Oyunlarının dünya standartlarına uyğun keçirildiyini və hazırda Belarusun bu təcrübə ilə yaxından tanış olduğunu vurğulayıblar.

Çıxışdan sonra Belarus tərəfini maraqlandıran suallar cavablandırılıb. F.Hacıyev Belarus KİV-lərinə müsahibə verib.

Görüşün sonunda birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007