• cümə, 26 Aprel, 15:01
  • Baku Bakı 23°C

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27.06.17 23:42 1307
Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"
Oktyabrın 2-də Azərbaycanda ilk dəfə keçiriləcək WBC (Ümumdünya Boks Şurasının) Konvensiyasına 500-dək ən tanınmış peşəkar boksçu, hakim və digər rəsmi şəxs qatılacaq.
"Report"un məlumatına görə, bu barədəAzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində gənclər və idman naziriAzad Rəhimovbildirib.
A.Rəhimov deyib ki, tədbirə keçmiş və hazırkı ən tanınmış ulduz boksçuların da qatılacağı gözlənilir: "Onların arasında Mayk Tayson,Evander Holifild və Entoni Coşua kimi dünya çempionları da yer ala bilər. Biz onları da dəvət etmişik ki, gəlsinlər, Bakı ilə tanış olsunlar. Nəticədə peşəkar boks həvəskarları da fikirlərini Azərbaycana yönəldəcəklər və paytaxtımızın yeni tamaşaçılarına çevriləcəklər".
Qeyd edək ki, Mayk Tayson vəEvander Holifild artıq karyeralarını başa vurublar. Entoni Coşua isə aprelin 29-da Vladimir Kliçkoya qalib gələrək, 3 versiya üzrə dünya çempionu olub.
banner

Oxşar Xəbərlər