• cümə, 26 Aprel, 18:05
  • Baku Bakı 22°C

Avropanı fəth edən Balakən sakini rayonu ayağa qaldırdı

12.05.14 13:59 1133
Avropanı fəth edən Balakən sakini rayonu ayağa qaldırdı
Bolqarıstanda sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Balakən rayonunun Qazma kənd sakini İqbal Hacızadə elə rayonun girəcəyində təntənə ilə qarşılanıb.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin əməkdaşları ilə yanaşı, sadə balakənlilər də iştirak ediblər. Qələbə ilə Vətənə dönən Avropa çempionu ilk əvvəl ümummlilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər güllər düzüb. Təntənəli qarşılanma mərasimi daha sonra İqbalın böyüyüb boya-başa çatdığı Qazma kəndində davam edib. Qeyd edək ki, balakənlilərin idmanın bir çox növləri üzrə uğurları çox olsa da, bu, sərbəst güləş idman növü üzrə qazanılan ilk uğurdur.
banner

Oxşar Xəbərlər