• çərşənbə axşamı, 19 mart, 06:07
  • Baku Bakı 8°C

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

10.08.20 12:00 814
Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
"Report"un məlumatına görə,cütlərintaleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək.
İlk oyun günündə iki qarşılaşma oynanılacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə DusseldorfdaAlmaniya "Bayer"inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq.
Avropa Liqası
1/4 final mərhələsi
10 avqust
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)
23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək.
banner

Oxşar Xəbərlər