A seriyası təhlükədə - həkimlər istefaya gedirlər
İtaliya A
seriyasının başlanması ilə bağlı problem yaranıb.
Kaspi.az xəbər
verir ki, bu dəfə klubların tibbi personalı istefaya gedəcəkləri ilə bağlı bəyanat
yayıblar. Həkimlər çempionatın bərpa olunması ilə bağlı hazırlanan protokoldan
narazıdırlar.
Hakimiyyətin
hazırladığı protokolda qeyd olunur ki, futbolçuların koronavirusa yoluxmasına
görə klubların tibbi heyəti məsuliyyət daşıyır.
Futbol Həkimləri
Assosiasiyasının prezidenti Enriko Kastellaççi bildirib ki, əksər klubların
tibbi heyəti istefaya getməyə hazırlaşır. Həkimlər bildirilər ki, onlar məsuliyyəti
təkbaşına daşıya bilməzlər və bu qərar ədalətsizdir.