30 yaşı var, məşqə atası gətirir
"Barselona”nın
futbolçusu Xordi Albanı məşqlərə atası gətirir.
Kaspi.az xəbər
verir ki, bu barədə "Barselona”nın futbolçusu Jerar Pike məlumat verib.
Jurnalistlər Pikedən 17 yaşlı Ansu Fatinin məşqə necə gəldiyi barədə
soruşublar. Fatinin 17 yaşı olduğu üçün İspaniya qanunlarına görə avtomobil
idarə edə bilməz.
Sualı fürsət bilən
Pike 30 yaşlı komanda yoladşı Albaya da sataşıb: "Onu məşqə atası gətirir, eynən
Alba kimi”.