Mirzə Cəlil “Ölülər” və “Dəlilər” kontekstində

Mirzə Cəlil təkcə
əsərləri üçün yaxşı kompozisiya quran sənətkar deyil, həm də onlara yaxşı ad
qoya bilən söz adamı idi. "Saqallı uşaq”, "Oğru inək”, "Zırrıma” adları ədəbiyyatla, kitabla ən az
maraqlanan şəxsin belə diqqətini cəlb edə bilər. Çoxluğun oxumadığı toplum üçün
müəllifin əsərlərinə belə ad qoyması təbii idi. Eyni ilə "Molla Nəsrəddin”dəki
karikaturlar kimi. Xalqa keçmişindən əzəmətindən danışmazdı, lakin içindəki milli
yanğı bütün əsərlərinin varlığına hopmuşdu.
C.Məmmədquluzadə nəsr, felyeton, dram əsərlərində gülə-gülə ağlamalı mətləbləri anlatmağa çalışmışdı. Yazar problemlərə daha yüksək qiyməti, zənnimcə, "Ölülər” və "Dəli yığıcağı” əsərlərində vermişdi. Cəlil milli-mənəvi işğala münasibəti Ölülük və Dəlilik kontekstindən yanaşdı. Onun bu usta manevr həm tarixçiləri, ədəbiyyatşünasları, sosioloqları, psixoloqları və bütünlükdə düşünə bilən insanları aydınladır.
"Ölülər”: Düşünə bilməyən topluluğun yaşadığı şəhərə teleqrafla bir xəbər çatır. "Kərbalayı Fətulla dirilib”. Bu xəbər cahil topluluq üçün katalizator rolunu oynayır. Gerçək dirilikdən bixəbər olan Hacı Həsən Məşədi Oruc Hacı Baxşəli və digərləri xəbərə inanırlar. Quranın Hücurat surəsinin altıncı ayəsində "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”! Qurandan xəbəri olmayan toplum təbii ki bu xəbərə inanır. Maraqlı bir məqam da budur ki həmin teleqrafda 114 ölünün dirildiyi də xəbəri yer alır. Bu Allah ilə aldatmağın şifrəsidir. "Ölülər”dəki faciə buradan başlayır.
Ceyhun Mirzəli
C.Məmmədquluzadə nəsr, felyeton, dram əsərlərində gülə-gülə ağlamalı mətləbləri anlatmağa çalışmışdı. Yazar problemlərə daha yüksək qiyməti, zənnimcə, "Ölülər” və "Dəli yığıcağı” əsərlərində vermişdi. Cəlil milli-mənəvi işğala münasibəti Ölülük və Dəlilik kontekstindən yanaşdı. Onun bu usta manevr həm tarixçiləri, ədəbiyyatşünasları, sosioloqları, psixoloqları və bütünlükdə düşünə bilən insanları aydınladır.
"Ölülər”: Düşünə bilməyən topluluğun yaşadığı şəhərə teleqrafla bir xəbər çatır. "Kərbalayı Fətulla dirilib”. Bu xəbər cahil topluluq üçün katalizator rolunu oynayır. Gerçək dirilikdən bixəbər olan Hacı Həsən Məşədi Oruc Hacı Baxşəli və digərləri xəbərə inanırlar. Quranın Hücurat surəsinin altıncı ayəsində "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız”! Qurandan xəbəri olmayan toplum təbii ki bu xəbərə inanır. Maraqlı bir məqam da budur ki həmin teleqrafda 114 ölünün dirildiyi də xəbəri yer alır. Bu Allah ilə aldatmağın şifrəsidir. "Ölülər”dəki faciə buradan başlayır.
Cəhalət girdabı içində boğulmayan bir şəxs var – İsgəndər. Niyə
keflidir? Niyə İsgəndər? Nə dediyini anlamadan namaz qılan mühitdə kefli olmaq
təbiidir. İsgəndər içkidən dopinq kimi istifadə edir. Təhsil alan İsgəndər
işıqlı ideallara sahib olsa da, o
yarımçıq adamdır. Qardaşı Cəlala köhnə tədris üsulunun faydasız olduğunu
deyən İsgəndər fars dilli təhsilə xərclənən pulların əvəzinə erməni Karapetə
verib şərab içməyə üstünlük verir. "O olmasın bu olsun” filmində bir epizod var
intiligent Həsən bəy meyxanadan çıxanda şərabçı erməni ondan pul tələb edir. Bu
o dövrün sosioloji gerçəyi idi. Avropada təhsil alanlar mühitdən bezərək içkiyə
qurşanır və erməni şərab sərmayəsinə pul qoyurdular.
Nəhayət Şeyx Nəsurullah şəhərə çatır. Avam kütləyə sudakı
mikroblardan, arıların xüsusiyyətlərindən danışmaqla bərabər "gündə bir xurma
yeyən” abid, alim bir şəxs kimi özünü təqdim edir. Lakin bu moizələr onun
mahiyyətinin gizlənməsinə yardımcı olmur. Bütün söhbətləri özünün şəhvani
hislərinə bağlayan lotunun niyyəti insanların namusunu ləkələyərək öz heyvani
istəyini həyata keçirməkdi. Onun qarşısında tək hədəf olan İsgəndər var. Avropada
təhsil alan lakin fırıldaqçı olan Əliqulu bəy və Heydər ağa onun ölü diriltmək
"möcüzəsinə” "malades” deyirlər. Biz burada Avropatəhsilli olmağın heç də
elmli, əməlli insan olmadığını göstərir.
Şeyx Nəsurullah həm də mahir psixoloqdur ,bir-birinin ətini didməyə
hazır insanları yaxşı tanıyan İsfahan lotusu onları öz "ölü diriltmək
möcüzəsini” göstərmək üçün qəbiristanlığa toplayır. Mənən ölü olanların
məzarlığa toplanması ədəbiyyatımızda ən düşündürücü priyomlardan birdir. Bəli,
ölüm məhşərdir. Dirilmə məsələsində hər kəs məhşər ayağına çəkilir. Biz burada
Asif Əfəndiyevin qeyd etdiyi "kütləvi günah”ın elementlərini görürük. Dirilmək
növbəsi çatanda hamı bir-birinin paxırını açır. Başqa arvad almağa görə
yoldaşını, döyə-döyə öldürməsinə görə anasını diriltmək istəməyənlər var. Bu
zaman hamı fikirləşməyə gedir. Həmin anda qəbiristanlığa İsgəndər gəlir. Dramın
iki antoqinist qəhrəmanı üz-üzə gəlir. İsgəndərin ifşaedici mühakimələrinə
qarşı Şeyx Nəsurullahın münasibəti yalnız "sənə bəd dua oxuyaram” deməklə
aradan çıxmaq olur. İsgəndərin qəbiristanlıq monoloqu "Ölülər” sözünün
şərtiliyini açır. Öz ailəsi tərəfindən soyuq pis münasibətə məruz qalmış qəbiristanlıqda
uyuyan ölülərin "dirilər” tərəfdən mənəvi əzaba məruz qalmasını təsvir edilir."Mötəbər” şeyxin ifşası prosesi İsgəndər tərəfindən açılır. Özlərinin
xəbis əməlləri nəticəsində beyni, ruhu ölü olan dirilərin də ifşası onun
monoloqu ilə açılır. İsgəndərin monoloqu zamanı diqqət çəkən bir yer də var.
"Əgər mən bir şey olsaydım cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin
içində havaya dağıdıb İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn
edərdim”. Biz burada zəif İsgəndərin ən sərt formada mübarizə aparmaq
ehtirasını da görürük. Lakin özünün dediyi kimi o "mühitinin igididir” əlindən
belə bir iş gəlməz.
"Ölülər”dən "Dəli yığıncağı”na kimi olan tarixi mərhələdə bir çox
hadisələr baş verdi. Birinci cahan müharibəsi başlaması M.Ə.Rəsulzadəyə "Milli
dirilik” adlı yazsını yazmasına və daha sonra müharibənin sonunda bir çox
silahdaşlarıyla Azərbaycan Cümhuriyyətini yaratmasıyla nəticələndi. 1918-ci
ildə cümhuriyyətin yaranması İranda yaşayan fəal soydaşlarımız tərəfindən heç
də, birmənalı şəkildə qarşılanmadı. Azərbaycan adının yalnız oraya aid olması
iddiası səsləndi. Mirzə Cəlil "Dəli yığıncağı”nı Qacarlar sülaləsinin süqutu və
fars Pəhləvi rejiminin qurulması zamanı yazdı. Özünün kimliyini tapmayan adi
dil hüququndan məhrum insanlar milli diriliyə çata bilmədiyindən bu dəfə dəliyə
çevrildilər desək yanılmarıq.1927-ci ildə ədibinin qələmə aldığı "Dəli yığıncağı” dramın da isə
ölümdən sonra dirilə bilməyib, ağlını itirənlərin faciəsindən bəhs edilir. Professor
Əli Sultanlı bu əsəri "Ölülərin məfkurcə davamı” adlandırmışdır. Bu əsərdə
hadislər güney Azərbaycanında baş verir. Dəli yığıncağı əsərində hadisələr daha
tünd boyalarla təsvir edilir. Ölümdən diriliyə inanmaq hardasa mümkündür. Lakin
dəliliyi sağaltmaq daha çətin məsələdir.
Mirzə Cəlil üçün dil məsələsi həmişə aktual olmuşdur. "Tiflis 7
aprel” məqaləsindən başlayaraq yazar təmiz, açıq dillə danışmağın tərəfdarı
olmuşdur. Pyesin başlanğıcında güney insanının dilinin qadağan olunması
məsələsinə toxunulur. Türk dilində danışmağın qəbahət hesab olunduğu şəhərdə
insanların dəli və yaxud ağıllı olmağını müəyyənləşdirmək mümkünsüz olur.
Əmristan adlı şərti ölkədən gələn doktor Lalbuyuz yerli dildə heç nə bilmir.
Guya ki, yaşadığı ölkənin elmi ocağına təcrübə aparmaq istəyən bu həkim
yararsız bir fəaliyyət göstərir. Yalnız məşhur sürrealist rəssam Salvodor
Dalini andıracaq şəkildə dəlilərə "Dali” deyir. Əgər Şeyx Nəsurullah
ərəb-farsca danışaraq insanları anlatmadan ağladırsa, doktor Lalbuyuz isə
ümumiyyətlə insanlarla heç nə danışmır. Mirzə Cəlil burada hakim Həzrət Əşrəf və
həkim doktor Lalbuyuzun timsalında insanların necə də hüquqsuz və xəstə
buraxıldığını göstərir Bütün bəlaların səbəbini yerli ana dilinə qəddar
münasibətdə görür. Əsərin əvvəlində maraqlı bir ironiya var. Şəhərin varlıları beş-altı
dəli üçün psixika mərkəzi açmaq üçün pul toplamalıdırlar. Lakin hər kəs bir
bəhanə ilə bundan boyun qaçırır. Bununla paralel türk dilinə qənim kəsilən
Həzrət Əşrəf "pul pul” söyləyərək həmin
sövdəgərlərdən pul qoparır.
"Dəli yığıcağı”ndakı antoqonist surətlər Fazil Məhəmməd və Molla Abbasdır. Fazil
Məhəmmədin niyyəti dəli hesab edilən qardaşı Pırpız Sonaya sahib çıxmaqdır.
Onun əl-ayağı açıq gəzməsi Fazilin şəhvani istəklərinin həyata keçirməsi üçün
bəhanə olur. "Ölülər”dən gələn bir-birinin ırzına sahib olma ehtirası bu əsərdə
daha geniş şəkildə təsvir edilir.Molla Abbas özü kimi "dəlilər”in vaizi olur. Cinni Mustafaya,
Farmosyon Rüstəmə, Sərsəm Heydərə başqalarından eşitdiyi cəhalətlə dolu
moizələri komik şəkildə çatdırır. Özünü ağıllı hesab edən şəhər ruhaniləri
onlara qəzəblə yanaşır, amma onlar özləri inandıqlarını iddia etdikləri
dinlərini ələ salırlar. Belə ki, Fazil Məhəmməd imam Sahibzamanın naibi kimi
çıxış edir, onun ordusuna guya əsgər hazırlamaq
üçün dəlilərin arvadlarına sahib çıxılmasına haqq qazandırır.
Doktor Lalbuyuzun mənasız fəaliyyətinə qarşı
Molla Abbasın "Vallah bu həkim dəlidir” deməsi ən məntiqli deyilmiş cavab
olur. Nəhayət guya ki, həzrətə qoşun
toplamaq üçün hazır olan karvanlar yola düşməli olur. "Dəlilərin” həyat yoldaşlarını
kəcavələrə dolduraraq özləriylə aparırlar. Yalnız Pırpız Sona getmək istəmir o
öz həyat yoldaşı Molla Abbasa sədaqətlidir. Lakin Molla Abbasın "get onsuzda
divarlarda can verəcəyik” xəbərdarlığından sonra dəstəyə qoşulur. Pırpız
Sona "...Molla Abbas, o arvadlar ki öz
ərlərini tullayıb, ərlərinin qardaşlarına qoşulub gedirlər, o arvadların
ucundan qorxuram dünya və aləm dağıla küll-küfan ola”. Deməsi insanların
günahlara batmasının nə ilə nəticələnə biləcəyinin ehtimalıdır. Bu bir növ
İsgəndərin monoloqunun davamıdır. Əgər İsgəndər komik şəkildə ölülər aləminin
faciəsindən bəhs edirsə, dəli Sona daha ciddi şəkildə bir xəbərdarlıq
edir. Mirzə Cəlilin bu iki dahiyanə əsərində problemlərə
dəlilik, dirilik, ölülük kontekstindən yanaşması təkcə milli yox, həm də qlobal xarakter daşıyır. İnsanların cəhalətinin
öyrənilməsi üçün dünya düşünürləri və oxucuları üçün də yol göstərir.
Ceyhun Mirzəli
