“Məşğulluq haqqında” qanun layihəsinə ikinci oxunuşda yeni fəsil əlavə edilir

"Məşğulluq haqqında” qanun layihəsinə ikinci oxunuşda yeni fəsil əlavə olunur.
APA-nın məlumatına görə, bu barədəMilli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.
MM-in müvafiq şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, burada məqsəd işsizliyin azaldılmasıdır.
Üç maddədən ibarət olan yeni V fəsildə bildirilir ki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir.
