• şənbə, 17 May, 21:04
  • Baku Bakı 18°C

İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü görüşü olub

17.05.25 00:15 152
İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü görüşü olub

Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü baş tutub. "Report"un verdiyi məlumata görə, görüş "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində olub.

Qeyd edək ki, Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da qısa söhbət olub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

banner

Oxşar Xəbərlər