• cümə axşamı, 26 iyun, 21:19
  • Baku Bakı 27°C

Dörd polkovnikə “general-mayor” rütbəsi verildi

26.06.25 00:20 154
Dörd polkovnikə “general-mayor” rütbəsi verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik İdris Mustafa oğlu Məhərrəmova
polkovnik Vasif Tofiq oğlu Xəlilova
polkovnik Elnur Sadıq oğlu Kazımova
polkovnik Elgün Aqil oğlu Əliyevə.

Bundan əlavə, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçuları və mülki işçiləri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər. 

 

banner

Oxşar Xəbərlər