• şənbə, 27 Aprel, 02:43
  • Baku Bakı 14°C

Daha iki boksçumuz dörddəbir finala vəsiqə qazanıb

18.04.21 09:00 790
Daha iki boksçumuz dörddəbir finala vəsiqə qazanıb
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
AZƏRTACxəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran boksçumuz Əzrək Bəbirov (59 kiloqram) səkkizdəbir final çərçivəsində tailandlı Panuvat Çunjan-Atlana da qalib gəlib. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Ə.Bəbirov dörddəbir finalda Aleksey Şendrixlə (Rusiya) qarşılaşacaq. Görüş aprelin 19-da keçiriləcək.
Millimizin digər üzvü – Nicat Hüseynov (49 kiloqram) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. Səkkizdəbir final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26). Onun dörddəbir finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. N.Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
Qeyd edək ki, bundan əvvəl Əli Zamanov (52 kiloqram) dörddəbir, Cəlal Qurbanovla (60 kiloqram) Murad Allahverdiyev (81 kiloqram) səkkizdəbir finala yüksəliblər.
Komandamız yarışda 9 idmançı ilə təmsil olunur. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.
banner

Oxşar Xəbərlər