BƏXTİYAR VAHABZADƏ FENOMENLİYİ (Esse)

Mən ilk dəfədir şair Bəxtiyar Vahabzadə haqqında bir neçə kəlmə yazmaq qərarımı seçdim. Onu hər il, hər ay, hər həftə xatırlamamaq ədəbiyyata, xüsusilə, poeziyaya günah gətirmiş olardı. Mən şairin barəsində eşidirəm, yazılanları oxuyuram və bu fikirlər böyük sənətkarın yaradıcılığında dərin hörmətdən irəli gəlir…
B.Vahabzadənin taleyində onun şəxsiyyətinə xas fərdilik; repressiyadan təxminən on il əvvəl doğulması – şair sələflərinin S.Vurğun, S.Rüstəm, R.Rza olması; əllinci illərdən əsrin sonuna qədər sosial-siyasi mühitin bərqarlığından doğan tematikanı seçməsi; sərbəst olaraq fəlsəfəni, tarixi, sosiologiyanı mütaliə etməsi; nəhayət, ilahi poetik vergiyə sahib kəsilməsi. Bu amillərin sayını artırmaq da mümkündür. B.Vahabzadə gənc ikən sələflərini artıq klassikləşmiş görürdü və mənimsəyirdi. Onlar nədən və necə yazırlar? Bu yaşlarında – 20-30 arasında – Sovet ideologiyasının aşıladığı mövzuları seçir, tərənnüm edir, başlıcası «sosialist realizmi» yaradıcılıq metodunun məqsədini qoruyurdular və müqabilində maddi və mənəvi statusa yiyələnir, siyasi arenada təmsil olunur, vəzifələrə layiq görülür, Kremlin «dəftərində» adları yaxşılığa qeyd edilir. Şəxsiyyət kompleksində «qorxu» fenomeni yox deyil. Təzəcə ötüb-keçmiş, lakin eynəyin arxasından baxan gözlərin parıltısı qalmışdı: Büdrəsən özün bil. Yerini dəyişəcəksən. Yazdıqlarının üstündən qara xətt çəkiləcək. İndi gəl, Allahın verdiyi o ilahi vəhydən azad, sərbəst istifadə edib şedevr əsərlər qələmə al! Kommunist Partiyası cəmiyyəti səfalətdən, istismardan qurtarmaq, tapdanılan hüquqları aradan qaldırmaq əvəzinə, az qala sessiyalarda, konfranslarda, qurultaylarda söz adamlarına mövzular paylasın, püşk atsınlar ki, kimə hansı mövzu düşsün. Amma xüsusilə əmək, beynəlmiləlçilik, qəhrəmanlıq və sairə aid müsabiqələr elan edilirdi. Şairlər və yazıçılar pambıq tarlalarına, Mingəçevirə, Daşkəsənə – tikinti meydanlarına ezam olunurdu və Bakıya əlidolu qayıdırdılar. Tarlalarda sağlamlıqlarını itirən analarımız, bacılarımız şeirlərdə tərənnüm subyektinə çevrilirdi. S.Rüstəm, S.Vurğun, Rəsul Rza, Zeynal Xəlil, B.Vahabzadə, Nəbi Xəzri, Qabil hətta iri həcmli poemalar yazdılar. Maraqlı və təqdirolunandur ki, o əsərlər öz poetik gücü ilə XXI əsrdə də oxunur. Maraqsızı və utanc gətirən odur ki, orta yaşa çatanlar və onu keçənlər – tənqidçilər «yeni təfəkkürləri»ni nümayiş etdirmək hissiylə həmin əsərləri poetik səviyyəcən aşağı hesab edir, Qərb poeziyası ilə müqayisə aparır və mətbuatda açıq-aşkar tənqidi məqalələr çap etdirirlər. S.Vurğunun «Vaqif»inə, «26-lar»ına, «Zamanın bayraqdarı»na, S.Rüstəmin «Qaçaq Nəbi»sinə, «Yaxşı yoldaş»ına, Rəsul Rzanın «Lenin» poemasına… qəmiş qoymaqdan çəkinmirlər! Belə tənqidçilərə deyərlər: «Adamın üzündə həya gərəkdir!», B.Vahabzadə belələrinə güzəştə getmirdi, şifahi və yazılı nitqində onları yoluna çağırırdı. B.Vahabzadə, Qabil, N.Xəzri, Hüseyn Arif şair sələflərinə hörmətlə yanaşdılar, ustadlarını danmadılar. Və «Şəbi-hicran», «Fəryad», «Gülüstan» (B.Vahabzadə), «Mehparə», «Tramvay parka gedir», «Pullar və düşüncələr» (Qabil), «Yolda» (H.Arif), «Kiçik təpə» (N.Xəzri) poemaları yarandı, yüksək poetik səviyyədə! Adlaırnı çəkdiyim, artıq ustadlaşmış şairləri Nəriman Həsənzadə, Məmməd Araz, Əliağa Kürçaylı kimi istedadlar əvəzlədi.
Bəxtiyar Vahabzadə hər üç nəslin «ortasında» dayandı və seçildi. Ona müasirləri- klassikləşmişlər mənəvi-ruhi yardımçı oldular, onlar auditoriyada şeirdən dərs demirdilər, mövzular vermirdilər, şərəfinə pafoslu danışmırdılar. Lakin gənc Bəxtiyar onların yaşadığı və fəaliyyət göstərdikləri ədəbi və sosial mühiti öyrəndi, daha nə edə, nədən yaza bilərdilər – sualına cavab axtardı. Onların həm istedadını, həm də intellektini müəyyənləşdirdi, hər iki faktor vardı, amma bunları birləşdirmək imkanları yoxdu. Eyni zamanda onların yaradıcılıq potensialı ikiyə parçalanmışdı: sosializm quruculuğu və Vətən savaşı – Böyük Vətən müharibəsi dövrünə. Birinci mövzu keçdi ikinci, üçüncü plana – bütün qüvvələr müharibəyə yönəldildi və S.Vurğun, R.Rza, S.Rüstəm, Zeynal Xəlil, O.Sarıvəlli… cəbhəyə yollanır, öz şeirləriylə əsgərlər qarşısında görünürdülər. B.Vahabzadə və onun həmyaşıdları hələ tələbə idilər, ilk qələm təcrübələrini müharibədən sonra oxuculara çatdırdılar. Və ilk şeirləri S.Vurğunun diqqətini çəkdi və bu mənəvi-ruhi qayğı təəssüf ki, 5-6 il oldu! B.Vahabzadə fərqli olaraq sanki ustadının borcunu ödəmək istədi və bunu elmi tərəfə istiqamətləndirdi: S.Vurğunun yaradıcılığından namizədlik və doktorluq dissertasiyası yazıb reallaşdırdı. Şair B.Vahabzadənin böyüklüyü onda idi: Mənimsədi özündən əvvəlki mühitin sosioloji cəhətlərini və poeziyanın fəlsəfəsini. Və bu iki qütbü birləşdirdi, üstünlüyü ikinciyə verdi. Bəlkə də bu cəhət ondan asılı deyildi, bəlkə də məhz ondan irəli gəlirdi: şair olaraq yüksək – ali poetik istedada və müdrik – yetərli fəlsəfi dünyagörüşünə malikdi. Məşhur «Axı dünya fırlanır»… şeirini həyata fəlsəfi baxış bucağında baxan və onun idrakını poetikləşdirən şair yaza bilərdi.
…Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların üstünə dovşanlar da gülərmiş,
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, mən atəşə yanmadım.
Bütlər gəldi və getdi, birinə inanmadım,
Niyə inanmalıyam, axı dünya fırlanır.
Bu şeiri başqa üslubda necə yazmaq olardı. B.Vahabzadə yenə dünyadan yazdı, amma:
Ayıra bilmişmi görən bir nəfər
Həqiqi dünyadan kölgə dünyanı?
Qayıda bilsəydi əgər gedənlər
Dərk edən olardı bəlkə dünyanı.
Sən yolçu… Dünyasa məchul bir ada,
Keçə bilərsənmi fırtınalardan?
Dünyanın sirrini gəzmə dünyada,
İçində axtarıb qəlbinə sallan!
Acizsən,
Oldunsa qulu dünyanın,
İçindən başlanır yolu dünyanın.
Fəlsəfi dərinlik fərdin – şairin poetik ovqatını yalnız ödəmir, dünya sirlərini açmaqda acizləşən şüuru şərtləndirir və dərkolunmazlığa haqq qazandırır. Şair bəlkə də istəməzdi bu dərəcədə intellektualdır – şeirin poetik səliqə-sahmanına xələl gətirər. Amma bu istək ondan asılı deyil, poeziyanın möcüzəli labirintindən baş açmaq da gərəkdir. Sosial və əxlaqi dəyərlərin dəyərini itirməsi artıq repressiya fəsadlarını geridə qoymuşdur. Çün, mühitdə natamamlıq kompleksi yaranmışdır. Nədir bu «natamamlıq» ki, böyük şair «Gülüstan»ı yazanda bir xeyli yüngülləşdi, lakin bu, uzun çəkmədi. Və «Gülüstan» sülhündən osnra xalq, millət başladı dəyişməyə, «yeniləşməyə», əyilməyə, sınmağa, əl çalmağa, riyakarlığa və ilaxıra. Əslində natamamlıq – çatışmazlıq insanın öz daxilində özünə aşağı qiymət vermək, öz qədrini bilməməkdir və bu kompleks azərbaycanlı təfəkkürünə yerləşdirilmişdi. B.Vahabzadə bir misrası ilə natamamlıq kompleksinə epiqraf verdi: «Özgənin hinini qəsri Süleyman, özünün qəsrini hin bilir onlar» - həm də poetik tərəfini. Şairin qorxduğu bir də odur – milli zəmində natamamlıq kompleksi müşahidə olunmasın. Bəlkə bunun başlıca səbəbi əsrlərlə özgələrin əsarətini yaşamağımızdır, torpağımıza şərik çıxanları görməyimizdir. Bunları ruhumuza, beynimizə yerləşdirmişlər? Heç də belə deyil – ulu babalarımız hardasa azmı-çoxmu «davranış xətti»ni qorumağı bacarmışlar. Şair nikbinliklə «Dünyaya gələli babamın adı, adımla yanaşı durdu, yaşadı» - deyir və:
Uzanır ilk addan son ada qədər,
Uzun bir zəncirdə həlqələrik biz.
Bu başdan o başa gedir nəslimiz.
Bəs necə gəlməsin ürək fəryada –
Layiq olmayanda son ad ilk ada!
Ulu babalardan biz soruşmadan
Onların adını ünvan götürdük.
Yoxsa… bircə dəfə, bir dağ aşmadan
Dağlar kölgəsində biz ömür sürdük.
Bəxtiyar Vahabzadə Dünyanın məhvərindən çıxıb hey fırlandığının fəlsəfəsini duyan, yazan və nəticə çıxaran şairdir, daha doğrusu, mücərrəd fəlsəfə yox – «cəsarət fəlsəfəsi»ni poeziyaya gətirəndir. Eyni zamanda bu qorxmazlığını ən böhranlı vaxtlarda da, müstəqilliyimiz uğrunda mübarizədə də əyaniləşdirdi. O zamanda başını qoltuğuna vurub ölkəni tərk edən, evində oturub xəbərlər gözləyən, ovqatını kökləyən yaradıcı adamlar da vardı. O isə «siyasət dumanında» həqiqəti görürdü və tribunalarda qorxunu ayaqları altına alıb, həqiqətin səsini səsinə qatırdı. Çün, Bəxtiyar Vahabzadə daima insanlıq ləyaqətini üstün tutmuşdur:
Ləyaqət – insanın ikinci adı,
Ləyaqət – insana ən doğru ünvan.
Mən şairin intellektuallığından, intellektual poetik düşüncəsindən bəzi ştrixləri xatırlatdım. Amma bu, o demək deyil şairin lirik, çiçək ləçəkləri qədər zərif şeirlərini xatırlamayaq? İntellekdən süzülən lirik ovqat daha gözəl, rəngarəng, çalarları duyan şairə də qismətdir, Bəxtiyar Vahabzadə istisna deyil.
…Hər qədir bilməzə bu dünya dardı,
Haqqını bağırıb nalə qopardı.
Çöldə gecələdi, çaqqal apardı.
Bizim çil toyuğu – hindən küsəndə.
Sevginin nə günü, nə də kölgəsi,
Asi etməməli sevilən kəsi.
Nədən bəmə düşdü qəlbin zil səsi –
Kölgədə nə tapdın gündən küsəndən?
Dünya möcüzələr dünyasıdır – bu hikməti bilməyən tapılmaz, amma baxır kim – hansı sənətin sahibi necə anlayır, necə həzm edir. Həqiqətdir ki, birində o qədər iştah yaranır – Dünyanı mədəsinə doldurmaq iddiasındadır, digərində o ümid var – Dünyanın ətəyindən tutub hissiz, məqsədsiz gedir, üçüncüsündə Dünyanın dərkində – dərkolunmazlığında üzünü Allaha tutur, əlini qaldırır və etiarf edir o Tanrını:
Dünya fırlanır ki, biz də onun tək,
Fırlanıb qanmayaq min bir felini.
Dünya fırlanır ki, tapa bilməyək
Onun nə sonunu, nə əvvəlini –
Bəxtiyar Vahabzadə fenomenliyinin təsdiqi.
Allahverdi Eminov,
ədəbiyyatşünas, yazıçı.
15.08.14.