Özünü öydü: “Prezident də, oyunçu da, məşqçi də özüməm”
"Milan”ın
hücumçusu Zlatan İbrahimoviç "Yuventus”la oyundan sonra (4:2) fikirlərini
bildirib.
Kaspi.az
xəbər verir ki, Zlatan yenə də özünü öyüb. O, "Milan”da qalıb-qalmayacağını da
dəqiqləşdirmədiyini vurğulayıb:
"Mənim
qoca olduğum sirr deyil. Amma yaş, sadəcə, statistik göstəricidir. Mən yaxşı
çalışıram, bu gün əvvəlki oyuna nisbətən daha çox meydanda oldum.
Özümü
yaxşı hiss edirəm, çalışıram ki, komandaya kömək edim. Əgər çempionatın əvvəlində
bura gəlsəydim, yəqin ki, Skudettonu qazanardıq.
Mən həm
prezident, həm oyunçu, həm də məşqçiyəm. Təəssüf ki, ancaq oynadığım üçün pul
alıram. "Milan”da qalıb-qalmayacağımı bilmirəm. Hələ bir ay var. Amma qəribə
situasiyalar baş verir və biz ona nəzarət edə bilmirik.
Milanda
yaşamaq xoşuma gəlir. Bura talisman olmaq üçün gəlməmişəm. 20 yaşında etdiklərimi
təkrarlamaq niyyətində deyiləm.
38 yaşım
var. Orqanizim həminki deyil, amma əvəzində indi daha ağıllıyam. Burda əsas məqsədim
komandaya, yoldaşlarıma, klub rəhbərliyinə, azarkeşlərə kömək etməkdir”.