Özünü təriflədi, Messi və Ronaldoya yaxınam
"Tottenhem”in hücumçusu Harri Keyin hazırda dünyanın ən yaxşı
futbolçularından biri olduğunu bildirib.
Kaspi.az xəbər verir ki, Keyn özünü Messi və Ronaldo ilə də müqayisə
edib. O, bu futbolçuların səviyyəsinə yaxın olduğunu vurğulayıb:
"Ronaldo və Messinin uğurlarından vəcdə gəlirdim. Sosial şəbəkələrin
olduğu indiki zamanda azarkeşlərdən uzaq durmaq çox çətindir.
Mən dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm. Azarkeşlər bu haqda
danışanda, hiss edirəm ki, Messi və Ronaldonun səviyyəsinə yaxınam.
Bu, əla stimuldur. İndi növbəti addımı atıb, dünyanın elitar
futbolçularının sırasına qoşulmaq lazımdı”.
24 yaşlı futbolçu cari
mövsümdə "Tottenhem”də keçirdiyi 7 oyunda 6 qol vurub. O, klub karyerasında
keçirdiyi 237 qarşılaşmada 121 dəfə fərqlənib.