Yeni müqavilə bağlamayacaq
Məsut Özil "Arsenal”la
yeni müqavilə bağlamayacaq.
Kaspi.az xəbər verir ki,
bu barədə futbolçunun agenti Erkut Soqut məlumat verib. O, Özilin karyerasını
harada davam etdirəcəyi ilə bağlı qəti qərar qəbul etmədiyini də bildirib:
"Məsutun "Arsenal”la hələ
bir illik müqaviləsi var. Deyə bilərəm ki, müqavilədə dəyişiklik olmayacaq.
Sonra nə baş verəcəyini
isə zaman göstərəcək. Məsut gələcək karyerası ilə bağlı ailəsilə məsləhətləşəcək.
Onun "Fənərbaxça”ya gələcəyi
ilə bağlı bir söz deyə bilmərəm. Çünki bu, məxfilik prinsipinin pozulması
olardı”.
Özil cari mövsümdə "Arsenal”ın
heyətində bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub, 3 qol ötürməsi edib.