AZE | RUS | ENG |


VTB (Azərbaycan) “NIKOIL Bank”la tərəfdaş oldu

VTB (Azərbaycan)  “NIKOIL Bank”la tərəfdaş oldu
"Bank VTB (Azərbaycan)” "NIKOIL Bank”la bankomat şəbəkəsinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalayıb. 
 
Bankın mətbuat xidmətindən Kaspi.az-a verilən məlumata görə, razılaşmaya əsasən, VTB (Azərbaycan) kart sahibləri "NIKOIL Bank”ın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər. 
Bundan başqa, VTB (Azərbaycan) müştəriləri "NIKOIL Bank”ın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən "Cash by Code” xidmətindən istifadə edərək, vəsaitin köçürülməsi, "Card to Card”, 3D Secure parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər. 
 
 
Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən VTB (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi VTB, "Poçta Bank” (Rusiya), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan),  VTB (Belarus), eləcə də yerli "AccessBank”, "PASHA Bank” və "NIKOIL  Bank” ilə təmsil olunur.
 
 
"NIKOIL  Bank”la tərəfdaşlıq VTB (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000