“Terek”in adını dəyişirlər - “Əhməd” olacaq
Rusiya Premyer Liqasında çıxış edən Qroznının "Terek” klubunun adı
dəyişilir.
Kaspi.az xəbər verir ki, komanda bundan sonra "Əhməd” adlanacaq. Bu
ad Çeçenistanın sabiq rəhbəri Əhməd Kadırovun şərəfinə belə adlandırılacaq. Bu
barədə məlumatı klubun direktoru Əhməd
Aydəmirov verib:
"Klub şurası qərar qəbul edib və federasiyaya məktub göndərib. Yaxın
zamanlarda klub "Əhməd” adlanacaq. Lisenziya prosesini "Terek” adı ilə
keçmişik. Ancaq bu, problem yaratmamalıdır. Belə qərarı azarkeşlərin müraciəti
əsasında etmişik”.
Artıq yeni ad alacaq klubun emblemi də hazırdır. Əhməd Kadırov
Çeçenistanın hazırkı prezidenti Ramzan Kadırovun atasıdır. Maraqlıdır ki,
"Terek” azarkeşləri sosial şəbəkədə klubun adının dəyişdirilməsinə qarşı etiraz
aksiyalarına başlayıblar.