• çərşənbə, 02 Iyul, 09:20
  • Baku Bakı 23°C

Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib

23.10.19 16:27 759
Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə "Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra "Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.
banner

Oxşar Xəbərlər