AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sabiq “Qarabağ”lı: İnsanlar burda necə dəhşətli olduğunu bilmirlər

Sabiq “Qarabağ”lı: İnsanlar burda necə dəhşətli olduğunu bilmirlər

İdman
16 Mart 2020, 12:13 794
"Qarabağ”ın sabiq qapıçısı, hazırda "Milan”da çıxış edən Asmir Beqoviç İtaliyadakı durumla bağlı danışıb. 
 
Kaspi.az xəbər verir ki, İtaliyada koronavirus geniş yayıldığı üçün A seriyası dayandırılıb. Beqoviç ölkədəki durumu "dəhşətli” adlandırıb: 
 
"İtaliyanın küçələri bomboşdur. Yalnız supermarketlər açıqdır. Siz bəzi qida məhsulları alıb dərhal da evə dönməlisiniz. Bu, dəhşətdir. 
 
Milan böyük şəhərdir. İnsanlar deyirlər ki, baş verənlər qorxulu filmlərin ssenarisinə bənzəyir. Bu, həqiqətən də belədir. 
 
Heç vaxt belə qorxulu halla rastlaşmamışam. İnsanlar burda necə dəhşətli olduğunu bilmirlər”.