Rusiya olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edildi

Rusiya olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edildi

İdman
09 Dekabr 2019, 15:48 277
Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.
 
Kaspi.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.
 
Bundan başqa Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub. Qadağaya DÇ-2022 də aiddir.
 
Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatında ancaq neytral statusda - bayraqsız və himnsiz iştirak edə bilər.