• şənbə, 27 Aprel, 08:39
  • Baku Bakı 12°C

Ronaldonun bu jestindən danışırlar

17.12.19 12:23 506
Ronaldonun bu jestindən danışırlar
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo "Udineze” ilə qarşılaşmadakı hərəkəti ilə gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, "Yuventus”u "Udineze” ilə oyuna kapitan sarğısında Qonsalo İquain çıxarmışdı. O, qarşılaşmanın 80-ci dəqiqəsində əvəzlənib.
İquain meydanı tərk edərkən kapitan sarğısını Ronaldoya verib. Amma portuqal futbolçu sarığını taxmaqdan imtina edib. O, sarığını qəbul edərək Bleza Matyuidiyə verib.
Matyuidi "Yuve”də uzun müddətdir ki, çıxış edir. O, qarşılaşmadan sonra Ronaldoya təşəkkür edib: "Kriştiano, məni bu şərəfə layiq gördüyün üçün sağ ol”.
"Yuve” "Udineze”yə 3:1 hesabı ilə qalib gəlib, Ronaldo dubl edib.
banner

Oxşar Xəbərlər