Ronaldo yarım milyonluq avtomobil aldı
"Real”ın futbolçusu Kriştiano Ronaldonun qarajına daha bir avtomobil
daxil olub.
Kaspi.az xəbər verir ki, Ronaldo avtomobillərinin sırasını "Ferrari
F12 TDF” ilə zənginləşdirib. O, avtomobilin şəklini "instaqram”da yayaraq,
"gəldi” yazıb.
Avtomobilin texniki göstəricilərinə gəldikdə, 780 at gücünə, saatda
340 km sürətə malikdir, saatda 100 km-i 2,9 saniyəyə yığır.
Bu model avtomobil kütləvi şəkildə istehsal olunmur. Baza qiyməti isə
5050 min dollardı.