• şənbə, 27 Aprel, 02:56
  • Baku Bakı 14°C

Ronaldo nə deyirmiş, hakim də onu edirmiş

15.10.19 14:45 563
Ronaldo nə deyirmiş, hakim də onu edirmiş
Ukrayna yığmasının yarımmüdafiəçisi Taras Stepanenko Portuqaliya ilə oyundan sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Stepanenko qarşılaşmanın baş hakimindən narazılıq edib. O, hakimin Ronaldonun göstərişləri əsasında hərəkət etdiyini bildirib:
"Bu gün öz işimizi gördük. Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Ancaq hakimin idarəçiliyindən razı qalmadım.
Bu, o hakimdir ki, "Ayntraxt”la oyunda məni 10-cu dəqiqədə meydandan qovmuşdu. Bu, rastlaşdığım ən qorxaq hakimdir.
Penalti epizodu? Hakim oyunu davam etdirirdi. Ancaq Ronaldo qaçaraq ona nəsəs dedi və bundan sonra penalti nöqtəsini göstərdi. Ronaldo nə deyirdisə, hakim də onu yerinə yetirirdi”.
Ukrayna Portuqaliyaya qalib gəlib – 2:1.
banner

Oxşar Xəbərlər