Region ədəbiyyatının yorulmaz tədqiqatçısı

Şəki qədim mədəniyyət mərkəzi
kimi milli ədəbiyyatımıza görkəmli şəxsiyyətlər bəxş etmişdir. Onların ədəbi
irsinin oxucuya çatdırılması isə bilavasitə ədəbiyyat fədailərinin adı ilə
bağlıdır. XX əsrdə və XXI əsrin ilk onilliklərdə Şəkidə ədəbi – mədəni mühitin
araşdırılaraq müasir və gələcək oxucuya
çatdırılmasında Kamil Adışirinovun
xidmətləri əvəzsizdir.
Şəkinin qədim və möhtəşəm tarixinin ayrılmaz parçası olan həmin ərazilərin tarixi-coğrafi mənzərəsi, adət-ənənələri, folklor həyatı, demoqrafik vəziyyəti K.Adışirinovun araşdırmalarında dəqiqliyi ilə təsvir-təqdim edilmişdir. Müəllif tədqiq etdiyi ərazilərin toponomik anlamda elmi etimoloji təhlilini əsas götürərək bu ərazilərin qədim türk məskəni olmasını sübuta yetirmişdir.
Yədulla AĞAZADƏ
filologiya üzrə elmlər doktoru, professor
Kamil müəllim Şəkidə elmi-pedaqoji fəaliyyət göstərir. 1992-ci ildə
Şəki şəhərində Bakı Dövlət
Universitetinin filialı fəaliyyətə başlamış, K.Adışirinovun klassik
və müasir ədəbiyyatımıza dair dərin
biliyini nəzərə alan filialın direktoru, ziyalısevər insan, fəlsəfə elmləri
doktoru, professor Fərman İsmayılov
1998-ci ildə onu filiala elmi-pedaqoji fəaliyyətə dəvət etmişdir. O,
1998-2001-ci illərdə bu ali tədris müəssisəsində pedaqoji fəaliyyət göstərmişdir.
2005-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında elmi-pedaqoji
fəaliyyətə cəlb edilmişdir. Bu ali təhsil müəssisəsində çalışmağa başladığı ilk
günlərdən elmi-tədqiqat fəaliyyətini gücləndirən K.Adışirinov XIX əsrin II
yarısında və XX əsrin əvvəllərində Şəkidə
yazıb-yaratmış İsmayıl bəy Nakamın
həyat və yaradıcılığı ilə bağlı tədqiqat aparmaq istəyini AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitu tunun rəhbərliyinə bildirmiş, institutun Elmi Şurası 2007-ci ildə "İsmayıl
bəy Nakamın həyat və yaradıcılığı” mövzusunu K.Adışirinov üçün dissertasiya
mövzusu kimi təsdiq etmişdir. O, dissertasiya işini AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun elmi işlər üzrə direktor müavini, Dövlət Mükafatı laureatı, əməkdar
elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının rəhbərliyi
altında yüksək səviyyədə yazaraq nakam şair İsmayıl bəy Sədrəddinbə- yovun
ruhunu şad etmiş, onu ədəbiyyat tariximizin qaranlıq səhifələrindən çıxararaq,
oxuculara, ədəbi ictimaiyyətə tanıtmışdır. Bu tədqiqat işini o, 2013 – cü ildə
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Müdafiə Şurasında
müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini
qazanmışdır.
Şəkinin elmi həyatında xidmətləri olmuş, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin
direktoru Z.Əlizadə onun tədqiqatçılıq qabiliyyətini yüksək dəyərləndirərək 2005-ci ildə onu AMEA-nın Şəki Regional Elmi
Mərkəzinin "Folklorşünaslıq və el sənətləri”
laboratoriyasına (hazırda şöbə) elmi işçi
kimi elmi fəaliyyətə cəlb etmişdir. K.Adışirinov Elmi
Mərkəzin elmi araşdırma planına uyğun olaraq regionun folklor, tarixi-etnoqrafik,
toponimik və onomastik baxımdan araşdırılmasına dair elmi-tədqiqata cəlb edilmiş, professor Zəkəriyyə Əlizadənin rəhbərliyi altında Şəkinin özü qədər qədim kəndlərindən olan
Oxud, Baş Göynük, Baş Şabalıd, I və II Biləcik, Baqqal kəndlərinin tarixi-mədəni,
etnoqrafik və folklor həyatını araşdırmışdır. Oxud kəndinin qeyd edilən istiqamətlər üzrə öyrənilməsi
təxminən bir il davam etmişdir. Tədqiqat
nəticəsində qələmə alınmış toplantılar Elmi Mərkəzin Elmi Şurasında dinlənilib
müzakirə edildikdən sonra mərkəzin nəşr
planına daxil edilmişdir. Nəticədə "Qədim
türk-Oğuz yurdu Oxud” adlı kitab 2006-cı ilin iyul ayında "Nurlan” nəşriyyatı
tərəfindən nəşr edilmişdir. Kitaba AMEA-nın professorları Z.Əlizadə və
M.Qasımlı tərəfindən yazılmış "ön söz”də əsərin müasir mərhələdə türklüyün öyrənilməsində
böyük tarixi və elmi əhəmiyyəti yüksək
qiymətləndirilmişdir.
Əsər giriş və
beş fəsildən ibarətdir. "Giriş”də mövzunun aktuallığı əsaslandırılmış, Şəki
Regional Elmi Mərkəzin qarşıya qoyduğu ən mühüm vəzifə kimi Oxud kəndinin
tarixi-mədəni baxımdan tədqiqata cəlb edilməsinin əhəmiy yətindən
danışılmışdır.
"Oxud kəndinin
tarixi coğrafiyası” adlı birinci fəsildə tədqiqatçı kəndin tarixinin qədim köklərini
xalqın deyim, alqış və qarğışları vasitəsilə sübuta yetirmişdir. Hələ XX əsrin
70-ci illərində Oxud kəndindən aşkar edilmiş küp qəbirlər bu ərazinin əzəli
türk yurdu olduğunu sübut edir. İslamın burada bərqərar olması tarixinə dair əsaslandırılmış
faktlar, toponimlərin türk dilinə məxsus olmasını təsdiqləyən əyani dəlillər,
XX əsrin 30-cu illərində bolşevik rejiminə qarşı yönələn hərəkat, bu hərəkatın
qaçaq hərəkatı mərhələsi, oxudlu qaçaqların qəhrəmanlığı, kəndin müqəddəs ziyarətgahları,
onların yaranma tarixinin elmi və dini məzmunu, Böyük Vətən müharibəsi illərində
və Qarabağ döyüşlərində oxudluların keçdiyi şanlı döyüş yolu, "Oxud”
toponiminin elmi məzmunu, onun "Oğuz” sözü ilə fonotek-morfoloji müqayisəsi, kəndin
maarif və məktəb tarixi və s.məsələlər kitabın ilk fəslində maraqlı və tutarlı
faktlarla işıqlandırılmışdır. Fəslin sonunda kəndin coğrafi mövqeyi və ərazisinin
hüdudları ətraflı şəkildə şərh edilmişdir. 2006-cı ildə
Kamil Adışirinovun XIX əsrin II
yarısında və XX əsrin əvvəllərində Şəkidə
yaşayıb-yaradan İsmayıl bəy Nakamın həyat
və yaradıcılığını əks etdirən "İsmayıl bəy
Nakam: həyatı və bədii yaradıcılığı” adlı
ikinci kitabı nəşr olunmuşdur.
Kamil
Adışirinovun folklorşünaslıq və ədəbiyyat tarixi istiqamətli elmi
araşdırmaları qeyd olunan kitablarla məhdudlaşmamış, o, Elmi Mərkəzin tədqiqat
planına əsasən Şəkinin Baqqal, I-II Biləcik, Dodu ərazilərinin folklor,
etnoqrafik və tarixi baxımdan öyrənilməsində də fəaliyyət göstərmişdir.Şəkinin qədim və möhtəşəm tarixinin ayrılmaz parçası olan həmin ərazilərin tarixi-coğrafi mənzərəsi, adət-ənənələri, folklor həyatı, demoqrafik vəziyyəti K.Adışirinovun araşdırmalarında dəqiqliyi ilə təsvir-təqdim edilmişdir. Müəllif tədqiq etdiyi ərazilərin toponomik anlamda elmi etimoloji təhlilini əsas götürərək bu ərazilərin qədim türk məskəni olmasını sübuta yetirmişdir.
K.Adışirinovun tədqiqat
istiqamətləri qeyd olunanlarla bitməmiş, o, Elmi Mərkəz tərəfindən uzun illər Şəki
şəhərinin folklor, etnoqrafik, soy, ləqəb baxımından da öyrənilməsi sahəsində
xüsusi əmək sərf etmişdir. Elmi Mərkəzim rəhbəri, professor Z.Əlizadənin
tapşırığı əsasında o, Şəkinin Kiş və Dodu ərazilərini qeyd olunan istiqamətlərdə
tədqiq etmiş, nəticədə əldə olunan maraqlı toplantılar elmi baxımdan işlənilərək
2009-cu ildə Elmi Mərkəzin unikal nəşrlərindən
olan "Şəkidə məhəllə adları,
soylar və ləqəblər: II kitab” adlı
kitaba daxil edilmiş, K.Adışirinov kitabın həmmüəlliflərindən olmuşdur.
Tədqiqatçının 18 illik zəhmətinin
bəhrəsi olan "XX əsr Şəki ədəbi-mədəni
mühiti” adlı iri həcmli (488 s) monoqrafiyası 2015-ci ildə "Elm və təhsil”
nəşriyyatı tərəfindən nəşr olunaraq müəllifə şöhrət qazandırmışdır. Bu irihəcmli
tədqiqat əsərində o, bütöv bir yüzillikdə Şəkinin ədəbi-mədəni həyatına dair
maraqlı faktları oxucuların diqqətinə çatdırmış, 40 nəfərdən artıq yazarın həyat
və yaradıcılığı haqqında ilk dəfə olaraq geniş məlumat vermişdir. Bu
fundamental tədqiqat əsərinin ikinci hissəsini müəllif artıq başa çatdırmaq üzrədir.
Tədqiqatçı təkcə ədəbi mühitin təmsilçilərinin yaradıcılığını təhlil etməklə
kifayətlənməmiş, gərgin zəhmət hesabına yerli və mərkəzi dövri nəşrlərə səpələnmiş
bədii nümunələri toplayaraq, həmçinin şəxsi arxivlərdən istifadə yolu ilə bir
sıra yazarların əsərlərini ilk dəfə nəşr etdirərək region və respublika
oxucusuna təqdim etmişdir.
2015-ci ildə o, şəkili
yazar Elçin Abdullayevin "Üşüdü qəlbimiz”
adlı kitabına geniş "ön söz” yazmış,
kitabın elmi redaktoru olmuşdur. 2016-cı
ildə XX əsr Şəki ədəbi mühitinin təbliği sahəsində onun xidmətləri daha
yaddaqalan olmuşdur. Bu ildə o, XX əsr Şəki
ədəbi mühitinin tanınmış nümayəndələri olmuş Nurpaşa Hümmətovun "Tanrıdan
diləyim”, Tofiq Qaffarovun "Gözümün işığı, dilimin sözü”, Əhməd Zəyzidlinin
"Nədir yaşamaq?”, Ələşrəf
Şayanın "Çəhrayı eynəkdən baxma həyata”
adlı kitablarını geniş tərtib və "ön söz”lə nəşr etdirmiş, görkəmli maarifçi Əhməd Yusiflinin ömür yoluna
həsr edilmiş "Nurlu xatirələr işığında”
adlı xatirə kitabını yazmış, kitab yurdsevər, qədrşünas insan olan hüquqşünas
Abdulla Yusifli tərəfindən nəşr etdirilərək oxucuların istifadəsinə verilmişdir.
2016-cı ildə AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, görkəmli
Akademik İsa Həbibbəyli K. Adışirinovun
Şəki ədəbi-mədəni mühitinin tədqiqi və təbliği sahəsindəki yorulmaz fəaliyyətini
yüksək dəyərləndirərək "Azərbaycan ədəbiyyatının
inkişafında Şəki ədəbi – mədəni mühitinin rolu: 1900-2015-ci illər”
mövzusunu ona doktorluq dissertasiyası
mövzusu kimi təsdiq etmişdir. Hazırda Kamil müəllim mövzunu filologiya üzrə elmlər
doktoru Baba Babayevin elmi məsləhətçiliyi ilə başa çatdırmaq üzrədir. 2017-ci
ildə bu yorulmaz tədqiqatçı XX–XXI əsrlərdə Şəki ədəbi mühitinin təmsilçiləri
olan Məmməd Çələbiyevin (XX əsr) hekayələrindən ibarət "İnsan ləyaqəti”, Aynur Məsimovanın ( XXI əsrin əvvəlləri) hekayə və
şeirlərindən ibarət "İtirilmiş səadət”,
2018-ci ildə Tural Adişirinin "Barmaqda
üzük yeri” adlı kitabları tərtib edərək
geniş "ön söz”lə nəşr etdirmişdir.
K.Adışirinovun Baqqal, I-II Biləcik, Baş Göynük, Baş Şabalıd,
Baş Layısqı, Aşağı Göynük kəndləri üzrə apardığı uzunmüddətli araşdırmalarının
sonu kimi "Göynük mahalı: siyasi,
coğrafi, mədəni tarixi və folkloru. I kitab” adlı iri həcmli monoqrafiyası
2019-cu ildə "Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitabda Şəkinin
Göynük mahalının ən böyük kəndləri olan Baş Layısqı və Baş Göynük kəndlərinin
tarixi coğrafiyası, toponimikası, məhəllələri və nəsilləri, adət-ənənələri, ləqəblər
sistemi elmi təhlil edilmişdir. Alimin tədqiqatçılıq fəaliyyəti
2019-cu ildə bununla bitməmiş, həmin
ildə o, Azərbaycan Milli Ordusunun gənc şəhid zabiti Aqşin Abdullayevin nəsillərə
örnək olan həyat yolunu oxuculara çatdırmaq üçün "Həyatı nəsillərə örnək olan qəhrəman” adlı elmi-populyar kitab nəşr
etdirmişdir. Bu maraqlı kitabın ayrı-ayrı hərbi hissələrdə geniş təqdimatı
keçirilmiş, gənc əsgər və zabitlərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli
rol oynayan mənbə kimi yüksək qiymət verilmişdir.
2019-cu ildə alim həmçinin
XX əsrin 50-ci illərindən Şəkidə fəaliyyət göstərmiş "Səbuhi” ədəbi məclisinin
üzvü olmuş, balakənli şair Surağat Qurbaninin ədəbi irsinin bir hissəsini "Balakən nəğməsi” adı altında geniş "ön
söz”lə tərtib edərək nəşr etdirmişdir.
2020-ci ilin əvvəllərində
yorulmaz tədqiqatçının daha iki kitabı işıq üzü görmüşdür. Mərhum gənc və
istedadlı psixoloq Əfsanə Ramazanovanın ömür yoluna həsr edilmiş "Xeyri bitməyən ömür” kitabı K.Adışirinovu oxuculara daha çox
sevdirmişdir. Tədqiqatçının Şəki ədəbi mühitinin istedadlı qələm sahibi olmuş
Yaqub Mahirin poetik irsinin geniş səciyyəsini verən "Yaqub Mahirin poetik irsi” adlı monoqrafiyası onu ədəbi ictimaiyyətə
istedadlı qələmə malik tədqiqatçı kimi tanıtmışdır. Monoqrafiya respublikamızın
tanınmış nəşriyyatlarından olan "Elm və təhsil” nəşriyyatında nəşr olunmuşdur. Əsərin elmi redaktoru AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər
doktoru Baba Babayevdir. Kitaba Lənkəran Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Yədulla
Ağazadə, ADPU-nun Şəki filialının professoru, pedaqogika üzrə elmlər doktoru
Firədun İbrahimov və ADPU-nun Şəki filialının dosenti, filologiya üzrə fəlsəfə
doktoru Gülarə Abdullayeva rəy vermişlər.Monoqrafiyada XX əsrdə və XXI
əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış, uzun illər "Səhuhi” ədəbi məclisinin
üzvü olmuş, satiralarında M.Ə.Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında zəngin
aşıq şeiri ənənələrini davam etdirmiş istedadlı el şairi Yaqub Mahirin poetik
irsi-mühiti, dövrü, həyat və yaradıcılığı yer almışdır. Müəllif şairin maraqlı
və məşəqqətli ömür yolunu, cəmiyyətə satirik
baxışlarının məcmuyu olan satiralarını, poetik irsinin ayrı-ayrı mövzularını, əsərlərində
xalq ədəbiyyatından istifadə imkanlarını və yaradıcılığının sənətkarlıq qüdrətini
ilk dəfə geniş şəkildə təhlilə cəlb etmişdir.
Hazırda bu yorulmaz tədqiqatçının
uzun illərin tədqiqatının nəticəsi olan "Şəki
ədəbi mühitində M.Ə.Sabir satira ənənələri” və "Şəkidə teatr və dramaturgiya məsələləri” adlı geniş həcmli
monoqrafiyaları nəşrə hazırlanır.
Kamil Adışirinov hazırda
ADPU-nun Şəki filialının Elmi katibi vəzifəsində çalışır. O, filialda "Azərbaycan
dili və ədəbiyyat müəllimliyi” ixtisa- sında
"Azərbaycan şifahi xalq ədəbiyyatı”, "Ədəbiyyatın tədrisi
metodikası”, "İbtidai sinif müəllimliyi”
ixtisasında "İbtidai təhsilin
kurikulumu”, "Xarici dil- İngilis dili
müəllimliyi” ixtisasında "Azərbaycan
ədəbiyyatı” fənlərini tədris
edir. Tədris etdiyi fənlərin nəzəri əsaslarını
yaxşı bilən bu müəllim-tədqiqatçı dərin biliyi, insanpərvərliyi ilə
filialın bütün tələbələrinin və professor – müəllim heyətinin sevimlisinə çevrilmişdir. Yədulla AĞAZADƏ
filologiya üzrə elmlər doktoru, professor
