Polis heç bir səbəb olmadan onu saxlayır
"Fiorentina”nın
futbolçusu, icarə əsasında "Beşiktaş”da çıxış edən Kevin-Prins Boatenq rasizm
barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Boatenq dəfələrlə irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. O,
qaradərililərə neqativ münasibətin olmasından gileylənib:
"Meymun jestləri.
Vurduğumuz hər qoldan sonra bizə banan atırlar. Biz səni qutuya qoyub gəldiyin
ölkəyə göndərəcəyik. Su şüşələrini atırlar və qışqırırlar: "Bəlkə səni yuyaq”.
Avropada
irqçiliyi gizlədirlər. İnsanlar fərdi qaydada buna yol vermirlər. Amma qrup
halında yığışanda qışqırmağa başlayırlar.
Küçədə gəzdiyim
zaman insanlar məni görüb digər tərəfə keçirlər. Avtomobildə gedəndə mənə qəribə
tərzdə baxırlar. Polis heç bir səbəb olmadan məni saxlayır.
Yəqin ki, dərimin
rəngi qara olduğu üçün belə edirlər. Onlara elə gəlir ki, biz cinayətkarıq. Mən
bütün həyatım boyu çalışmışam ki, futbolçu olum. Amma siz məni ittiham
edirsiniz ki, niyə belə görünürəm. Hər şey getdikcə daha da pisləşir”.