Ona ən böyük problemi Ronaldo yaradırmış
Məşhur italyan
mütəxəssis Fabio Kapello "Real”da çalışdığı dönəm barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Kapello, ona "kral klubu”nda ən böyük problemi kimin yaratdığını da
deyib. O, braziliyalı Ronaldodan gileylənib:
"Ronaldo işlədiyim
ən böyük istedad idi. Bir-birimizi başa düşürdük. Ancaq mənə ən çox problem
yaradan da məhz o idi.
Hər nə olursa
olsun, gecə partiyaları olurdu. Bir dəfə Van Nistelroy dedi: "Cənab, paltardəyişmə
otağına alkoqol iyindən girmək olmur”.
Ronaldo "Milan”a
keçəndə biz qalib gəlməyə başladıq. Amma etiraf etməliyəm ki, o, böyük istedada
sahib idi”.
Ronaldo "Real”da
2002-2007-ci illərdə çıxış edib.