• şənbə, 27 Aprel, 05:55
  • Baku Bakı 14°C

"Monako" Fabinyonu PSJ-yə 45 milyon avroya satmaqdan imtina edib

01.07.17 18:30 1019
"Monako" Fabinyonu PSJ-yə 45 milyon avroya satmaqdan imtina edib
Fransanın PSJ klubunun Fabinyonu transfer etmək istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, buna müdafiəçinin müqavilə ilə məxsus olduğu "Monako" imkan verməyib.
Belə ki, "Knyazlıq klubu" paytaxt təmsilçisinin 45 milyon avroluq təklifindən imtina edib. Braziliyalı futbolçunun agenti ilə 5 illik müqaviləni razılaşdıran PSJ-nin 23 yaşlı müdafiəçi ilə güclənməsi təxirə düşüb. Məsələ ondadı ki, monakoluların daha yüksək məbləğə razılaşacağı bildirilir.
Qeyd edək ki, 2013-cü ildə icarə əsasında "Monako"ya keçən futbolçu 2015-ci ildə bu komanda ilə 4 illik müqavilə imzalayıb.
banner

Oxşar Xəbərlər