• çərşənbə axşamı, 19 mart, 06:04
  • Baku Bakı 8°C

"Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil"

11.08.20 15:08 867
"Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil"
AFFA Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk ev matçının neytral meydanda keçirilməsinə dair iddialaramünasibət bildirib.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.
Assosiasiya rəsmisi məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.
Qeyd edək ki,"Wort.lu" nəşriAzərbaycan - Lüksemburq matçının başqa ölkədəkeçirilə biləcəyini yazıb. Qarşılaşma sentyabrın 5-dəBakı Olimpiya Stadionunda gerçəkləşəcək.
banner

Oxşar Xəbərlər