“Liverpul”un çempion elan edilməsinin əleyhinədir
İngiltərə
yığmasının sabiq futbolçusu Alan Şirer koronavirusa görə Premyer Liqada yaranan
durumla bağlı danışıb.
Kaspi.az xəbər
verir ki, Şirer, çempionat tam dayandırılacağı təqdirdə, "Liverpul”un çempion
elan edilməsinin əleyhinə olduğunu deyib. O, mövsümün nəticələrinin ləğv edilməsini
təklif edib:
"Əgər mövsüm
başa çatmayacaqsa, onda qalibi elan etmək olmaz. Ola bilsin ki, bu, bəzi
klublar üçün bir qədər sərt görünsün. Amma bu adım yeganə çıxış yoludur.
Bir halda ki,
çempion kim olacağını, Premyer Liqanın hansı komandanı tərk edəcəyini bilmiriksə...
Bəli, bu, "Liverpul” üçün qəddar bir qərar olardı. Amma başqa bir vicdanlı qərar
görürsünüz?
Düzdür, çempion
olmaq üçün onlara sadəcə, 6 xal lazımdır. Amma bu 6 xalı qazanmaq da vacibdir.
Mənim fikrimcə, çempionatı davam etdirmək mümkün olmasa, mövsüm ləğv edilməlidir”.