• şənbə, 27 Aprel, 05:22
  • Baku Bakı 14°C

Konte onu ən yaxşı etmək istəyir

24.07.17 14:40 1215
Konte onu ən yaxşı etmək istəyir
"Çelsi”nin baş məşqçisi Antonio Konte komandanın yeni transferi Alvaro Morata barədə danışıb.
Kaspi.az xəbər verir ki, Konte Moratanın yüksək səviyyəli hücumçu olduğunu bildirib. O,Alvaronu ən yaxşı etmək niyyətində olduğunu da vurğulayıb. Konte Moratanı "Mançester Yunayted”in yeni transferi Romelu Lukaku ilə də müqayisə edib:
"Lukaknın transferinə prioritet amil kimi yanaşmağımın indi heç bir əhəmiyyəti yoxdur. Hesab edirəm ki, onunla Morata eyni səviyyəli hücumçulardı.
Son 3 ildə Morata xeyli inkişaf edib. O, indi Avropanın ən yaxşı hücumçularından biridir. Moratanın böyük potensialı var və daha da inkişaf edə bilər.
Ötən mövsüm onun oyun təcrübəsi az olsa da, 20 qol vurmağı bacardı. Nəzərə alaq ki, Morata "Real”ın start heyətində cəmisi 19 dəfə meydana çıxmışdı.
O, çox gəncdir, hələ inkişaf edəcək. Onun ən yaxşı etmək niyyətindəyəm”.
banner

Oxşar Xəbərlər