Kiprdə Ronaldoya hücum oldu
"Real” Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək
oyun üçün Kiprə gəlib.
Kaspi.az xəbər verir ki, oyunun keçiriləcəyi Nikosiya şəhərində
insident yaşanıb. Ronaldo mətbuat zonasında jurnalistlərin suallarını cavablandırıb.
Azarkeşlərdən biri saxta vəsiqə ilə o zonaya daxil ola bilib. O,
qəflətən Ronaldoya yaxınlaşaraq, onunla selfi çəkdirmək istəyib. Təhlükəsizlik
qüvvələrinin vaxtında müdaxiləsi sayəsinə azarkeşi zərərsizləşdirmək mümkün
olub.
APOEL – "Real” oyunu noyabrın 21-də keçiriləcək.