Kənan Hacının "Hacı İsgəndər" romanının tarixi və bədii həlli
Meylim
üzündəki qara xaldadır
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə lalələr.
Tarixi roman
Hacı İsgəndər kimdir?
Azərbaycanda belə mərd insanların olması tariximizin bəzəyidir.
Tufanlar qopsa da, mənim nə qəmim?
Dünyanın malından, mülkündən ancaq
Bircə təbim qaldı, bir də qələmim.
Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.
Hacı İsgəndərin arzusu
Hicranın əlacı ilk vüsaldadır.
Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə lalələr.
Tarixi roman
Tarixi bədiiləşdirəndə daha maraqlı olur. Məsələn:
Sezar Hindistanla döyüşdə fil görməyən döyüşçüləri üçün döyüşdən öncə fil
gətizdirir. Onlar təlim zamanı filə toxunur, heyvanları yemləyirlər. Beləcə
qorxu yox olub gedir. Çingiz xan isə yun parçanı döyüşçülərin əyninə tikdirir
ki, döyüşdə atılan oxlar çox da dərinə bata bilməsinlər. Xırdalıqlar
ədəbiyyatdır. Bir dəfə Rasim Qaraca ilə söhbət edirdim. Mənə müharibə haqqında
oxuduğu romandan danışdı. Bir cümləni xatırlayaraq dedi: Atılan oxlar göy üzünə
qalxıb enəndə bəzi oxlar qatarla keçən quşlara dəyirdi. Cümlə bədiiləşəndə
sujet xəttindəki hadisə adama daha tez yapışır. Məktəbdə keçirilən tarix
dərsliklərini bədiiləşdirsələr şagirdlər həvəslə oxuyar. Sözümü nəyə
gətirirəm?! Bu yaxınlarda Kənan Hacının "Hacı İsgəndər" adlı tarixi
romanını oxuyub bitirdim. Dəqiq məlumatlarla bol olsa da,
yazıçı dilin və təfəkkürün gücü ilə ortaya bədii cəhətdən estetik zövq bəxş
edən tarixi roman qoymağı bacarıb. Müəllif o dövrü təsvir etmək
üçün yüzdən çox kitab oxuyub.
Hacı İsgəndər kimdir?
O, ehtiyacı olanlara əl tutan, haqqı tapdalamağa
qoymayan, ermənilərin törətdikləri vəhşiliklərin qarşısını alan, Nuru Paşaya
Azərbaycanda ordu toplamağa kömək edən, silahsız müsəlmanları silahlarla təmin
edən, döyüşçülər üçün 800 nəfərlik sığınacaq tikdirən və digər xeyirxah işlər görmüş
mərd insandır. Azərbaycanın qəhrəman övladıdır. Sadəcə indiyə kimi təkcə bir
kitabda 2-3 cümlə ilə yada salınıb. Daha doğrusu, salınmışdı. Kənan Hacı
olduqca dərin məqamlara toxunaraq Hacı İsgəndər şəxsiyyətindən xəbərsiz oxucuya
dəyərli məlumatlar ötürüb.
"Hacı İsgəndər" tarixi romanı təkcə
Hacı İsgəndərdən bəhs etmir. III Aleksandr və onun dövründə baş verən
hadisələrini, Nəriman Nərimanovun Şaumyana inanmasını, Difai təşkilatının
yaranmasını, erməni müsəlman qarşıdurmasını, qoçuların özbaşınalığını, Nağı bəy
Şeyxzamanlının Osmanlıdan yardım istəməsini geniş şəkildə təsvir edir. Müəllif
romanda qeyd edir ki, Nəriman Nərimanovun ən böyük səhvi Şaumyana inanmağı idi.III Aleksandr zamanında
Qalaq-qalaq
kitab oxumuş qoca kişi var idi. Bir dəfə III Aleksandrdan danışanda dedi:
"O vaxt
Bakıya gələn şah hansısa Bakı kəndinin kənarı ilə gedən faytondan kəndə nəzər
salır. Yolun kənarında çarıqları cırılmış, üst-başları toz-torpaq olan
kəndliləri görür. Əmr edərək faytonu saxlatdırır. Qızıl sikkələrdən bir
neçəsini onların ayağının altına atır. Qızıl sikkənin biri qarşıda dayanan qoca
kişinin çarığının üstünə düşür. Qoca ayağını sürətlə irəli uzadır. Sikkə göydə fırlanaraq
faytonun içinə düşür”.Azərbaycanda belə mərd insanların olması tariximizin bəzəyidir.
Hacı
İsgəndərin dostları
Haşım
bəy Sabiq məclislərin birində qəzəl deyir. Namulla bəy və Hacı İsgəndər
təəssüflənirlər ki, Məşədi Azər yoxdur. Çünki qəzəli onun kimi duyan çətin
tapılardı. Kim idi Məşədi Azər? Onun haqqında da Kənan Hacı kitab yazıb”
(Məşədi Azər təzkirəsi”).
Səhrada
sürüm yox, dəryada gəmim, Tufanlar qopsa da, mənim nə qəmim?
Dünyanın malından, mülkündən ancaq
Bircə təbim qaldı, bir də qələmim.
Məşədi Azər qəzəlxan, alim, söz ustadı,
müəllim, etibarlı dost olmaqla yanaşı, həm də düzgün insan idi. Stalin rejiminə
baş əyməyən tək-tük söz adamlarından idi. Ona görə ölənə kimi kitabı çap
olunmadı. Hər zaman kölgədə qaldı. Ona görə ona medallar, mükafatlar verilmədi.
Ona görə ölümündən illər sonra yaradıcılığı barəsində kitab çap olundu. Məhz
ona görə bir çox insan ondan uzaq gəzdi. Lakin Məşədi Azər kimi söz
bilicisinin, arif oxucunun qədrini bilənlər hər zaman yanında olmuşlar. Dahi
Nizami Gəncəvinin "Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsində bir başa iştirak
etməyən Məşədi Azəri günorta çıraqla gəziblər.
Anlaşılmayan beytlərin açılışını
məhz ondan soruşurdular. Məşədi Azər haqqında bir çox söz ustadları
xatirələrini bölüşüblər. Əliağa Vahid dostlarını yığaraq tez-tez Məşədi Azərin
bağına gedərdilər. Azər onlara Füzulidən, Nizamidən qəzəllər deyər və
açılışını, mənasını başa salardı. Bir dəfə Məşədi Azər Əliağa Vahidin çox içdiyi
və toyxanaların küncündə gecələdiyini eşidir. Ona qəzəl şəklində məktub yazır.
Məktuba cavab olaraq Əliağa Vahid də qəzəl yazaraq ustadına göndərir. Məşədi Azər
sovet rejiminə baş əymədi. Hətta bununla bağlı maraqlı bir hadisə də olub.
Süleyman Rüstəm yolda Məşədi Azəri görərək ona tövsiyə verir ki, sən də sovet
rejimindən bir-iki qəzəl yaz. Sənə də dəyər versinlər. Məşədi gülümsəyərək heç
vaxt yazmayacağını bildirib. Kitabda xeyli maraqlı məlumat var. Kənan Hacı o
dövrün bütün əcaibliklərini, ədəbi mühiti, sözə qiyməti adını çəkdiyim kitabda
göstərmişdir. Məşədi Azər göyərti becərərək dolanırdı. Dünya malında gözü yox
idi. Onun yanına Cəfər Cabbarlıdan tutmuş, Səməd Vurğuna kimi hamı öyrənməyə
gəlirdi.
Mən hələ
Vahidiyəm Azərbaycanımızın,Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.
Hacı İsgəndərin arzusu
Hacı
İsgəndər hələ Cümə məscidini tikdirməyə çalışanda ermənilər ona göz verib, işıq
vermirdilər. Ustalara təmənnasız kömək edən sakinləri gecə yolda tutub
başlarını kəsirdilər.
Haqsızlığa
boyun əyməyən kəslər olmasaydı, indi Azərbaycan da olmazdı. Difai təşkilatını
yaradanların, Qafqaz islam ordusunun banilərinin, Hacı İsgəndər və digər
uzaqgörən şəxsiyyətlərin şücaəti danılmazdır. Hacı İsgəndərin ən böyük arzusu
Cümə məscidinin hazır olması idi. Təəssüf ki, sağlığında bunu görmədi. Erməni
cəlladları onu güllələdilər. Sovet dövründə anbar və mağaza kimi işlədilən
məscid 90 ildən sonra bərpa edilərək öz təyinatı üzrə fəaliyyətə başlamışdır...