İngiltərə klubu futbol tarixində ən böyük cəriməni ödəyəcək
İngiltərənin KPR klubu futbol tarixinin ən böyük cəriməsi ilə
cəzalanıb.
Kaspi.az xəbər verir ki, komanda 40 milyon funt cərimə edilib. KPR
maliyyə feyr-pleyini pozduğuna görə sanksiyaya məruz qalıb.
Komanda 2013/2014 mövsümünü daha böyük kəsrlə başa vurub. Klubun
borcu 60 milyon funt olub. Rəhbərlik bu kəsri kreditlərlə ört-basdır etməyə
cəhd göstərib.
KPR-in icraçı direktoru Li Xoos bildirib ki, qərardan apellyasiya
şikayəti verəcəklər.