AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İlk dəfə nə vaxt dopinq qəbul edib?

İlk dəfə nə vaxt dopinq qəbul edib?

İdman
20 May 2020, 15:30 423
Sabiq amerikalı veloyürüşçü Lens Armstronq karyerası barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Armstronq dopinq qəbul etməsi barədə də etiraflar edib. O, ilk dəfə neçə yaşında dopinq qəbul etdiyini açıqlayıb: 
 
"Yalan danışmayacağam, həmin vaxt 21 yaşım vardı. Peşəkarlar arasında ilk mövsümümdə - 1992-ci ildə kortizon qəbul etməyə başladım. Qanda onun olması isə təxminən raket yanacağına bənzəyir”. 
 
Armstroqn "Tur de Frans”ın yeddiqat qalibi olub. O, 2013-cü ildə dopinq qəbul etdiyini etiraf edib və bütün titullardan məhrum olunub.