• şənbə, 27 Aprel, 02:26
  • Baku Bakı 14°C

Həbs edilən İspaniya futbolunun başçısı cəzalandırıldı

26.07.17 11:15 935
Həbs edilən İspaniya futbolunun başçısı cəzalandırıldı
İspaniya Kral Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar həbs olunub.
Kaspi.az xəbər verir ki, Vilyar iyulun 18-də keçirilən antikorrupsiya əməliyyatı zamanı həbs edilib. Onunla bərabər oğlu və daha bir neçə futbol funksioneri saxlanılıb. Həbs olunmasına baxmayaraq, Vilyar postunu tərk etmək niyyətində olmadığını bildirmişdi.
İspaniyanın ali futbol şurası onun istəyini nəzərə almayıb. Şuranın qərarı ilə Vilyar bir il müddətinə postundan uzaqlaşdırılıb. Ancaq onun cəzası daha da artırıla bilər. Hər şey aparılan istintaq tədbirlərinin nəticələrindən asılı olacaq.
Həbs olunanların federasiyanın büdcəsinə 45 milyon avro zərər vurduğu bildirilir.
banner

Oxşar Xəbərlər