• şənbə, 27 Aprel, 02:29
  • Baku Bakı 14°C

Hakimin “Real”a “işləməyəcəyinə” ümid edir - Simeone

02.05.17 13:25 1031
Hakimin “Real”a “işləməyəcəyinə” ümid edir - Simeone
"Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinalında "Real”la keçiriləcək ilk oyundan əvvəl fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Simeone qarşılaşmanın hakimlərinin üzərinə düşəcək vəzifə barədə danışıb. O, hakimlərin meydanda nəzərə çarpmayacağına ümid etdiyini deyib:
"Bilirəm ki, belə qarşılaşmalarda hakimlik etmək olduqca çətindir. Hakimin işini stadiondakı atmosfer bir qədər də çətinləşdirir.
Amma mən ümid edirəm ki, "Real”la oyunda hakim meydanda nəzərə çarpmayacaq və biz qarşılaşmadan zövq alacağıq”.
Bu komandalar arasında ilk qarşılaşma bu gün "Santyaqo Bernabeu”da, cavab oyunu isə mayın 10-da keçiriləcək.
banner

Oxşar Xəbərlər