AZE | RUS | ENG |


FİFA-da istefalar - Rusiyaya görə ara qarışdı

FİFA-da istefalar - Rusiyaya görə ara qarışdı
FİFA-da bir neçə funksioner istefaya gedib. 
 
Kaspi.az xəbər verir ki, FİFA-nın idarə komitəsinin üzvləri Navi Pilleylə Ron Popper istefaya gediblər. Onlar komitə rəhbəri  Migel Maduranın istefasına etiraz əlaməti olaraq, postlarını tərk ediblər. 
 
Migel Madura təşkilata FİFA prezidenti Canni İnfantino tərəfindən dəvət edilmişdi. O, təşkilatın zədələnmiş imicini bərpa etməliydi. Ancaq Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı verilən qərar Migelin istefasına səbəb olub. 
 
Komitə Mutkonun Rusiya hakimiyyətində siyasi post tutduğunu nəzərə alaraq, onun FİFA Şurasına namizədliyini irəli sürməsinə icazə verməmişdi. FİFA-nın yüksək vəzifəli şəxsləri Maduraya xəbərdarlıq etmişdilər ki, bu qərar Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxaracaq. Ancaq o, qərarından dönməmişdi və nəticədə istefaya göndərildi. 
 
Artıq FİFA-da yeni qarşıdurmanın yarandığı bəllidir. FİFA prezidenti Canni İnfantinonun bundan sonra hansı addımları atacağı maraq doğurur. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001