• şənbə, 27 Aprel, 07:22
  • Baku Bakı 12°C

“Fənərbaxça” bunu gözləmirdi

28.11.13 07:52 1239
“Fənərbaxça” bunu gözləmirdi
“Fənərbaxça” klubu “Beşiktaş”la keçiriləcək derbi matçına Əmrə Belözoğlu olmadan çıxacaq. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ötən günkü məşqdə zədələnib.
Klubdan verilən məlumata görə, bir epizodda ayağı qazona ilişən təcrübəli futbolçu zədələnib və məşqi yarımçıq dayandırıb. Tibbi müayinədən keçən Əmrənin mövsümün birinci yarısını qapadacağı deyilir. Sağ ayağında xəsarət alan futbolçunun artıq müayinəsinə başlanılıb və onu qış fasiləsindən sonrakı ilk oyuna qədər hazır hala gətirməyə çalışırlar.
Qeyd edək ki, Türkiyə Superliqasının XIII turundakı “Fənərbaxça” – “Beşiktaş” qarşılaşması noyabrın 30 da keçiriləcək.
banner

Oxşar Xəbərlər