• şənbə, 27 Aprel, 05:59
  • Baku Bakı 14°C

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb

29.08.17 16:23 1347
"Çelsi"-"Qarabağ" oyununa getmək istəyən Azərbaycan vətəndaşları üçün viza proseduru asanlaşdırılıb
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.
Bu barədəAPA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.
banner

Oxşar Xəbərlər