• şənbə, 27 Aprel, 06:34
  • Baku Bakı 12°C

“Çelsi” onunla 300 minə razılaşdı

02.10.17 12:10 1197
“Çelsi” onunla 300 minə razılaşdı
Edin Hazard "Çelsi” ilə yeni müqavilə bağlamağa razılıq verib.
Kaspi.az xəbər verir ki, tərəflər yeni müqavilənin şərtlərində anlaşma əldə edə biliblər. Yeni müqaviləyə görə, 26 yaşlı belçikalı həftədə 300 min funt (340 min avro) məvacib alacaq. O, bu göstərici ilə İngiltərə Premyer Liqasında ən ödənişli futbolçu olacaq.
Hazardın qüvvədə olan müqaviləsi 2020-ci ildə başa çatır. Hazırda onun həftəlik məvacibi 220 min funtdur.
Hazard "Çelsi”də 2012-ci ildən çıxış edir. O, London klubunda 256 oyun keçirib, 72 qol vurub, 65 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər