• şənbə, 27 Aprel, 02:01
  • Baku Bakı 14°C

Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu

11.05.20 15:51 764
Dünya Kubokunun Bakıda keçirilməsi müzakirə olundu
Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının(IBSA) İdarə Heyəti videokonfrans keçirib.
"Report"un məlumatına görə, iclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.
Qərara alınıb ki,Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda veriləcək və yarışın dəqiq tarixləri açıqlanacaq.
Qeyd edək ki,Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərindəvə Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.
banner

Oxşar Xəbərlər