AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deyir ki, “Bavariya”ya o lazımdır

Deyir ki, “Bavariya”ya o lazımdır

İdman
15 Noyabr 2019, 11:13 452
"Bavariya”nın sabiq futbolçusu Lotar Matteus klubun yeni baş məşqçisinin kim olması ilə bağlı fikrini bildirib. 
 
Kaspi.az xəbər verir ki, Mattesun qənaətinə görə, "Bavriya” Xosep Qvardiolanı geri qaytarmalıdır. O bildirib ki, Münhen nəhənginin istədiyi futbolu ancaq Pep verə bilər: 
 
"Bavariya” topa nəzarət etmək istəyir? Onda Qvardioladan yaxşı variant yoxdur. 
 
Onu geri qaytarmaq lazımdır. Pepin qaytarılması "Bavariya”nın xeyrinə olardı. Üstəlik, bundan Bundesliqa da qazanar”.
 
Qvardiola "Bavariya”nı 2013-2016-cı illərdə çalışdırıb.