AZE | RUS | ENG |

Demoqrafik pessimizm

Demoqrafik pessimizm
Paşinyanın məsuliyyətiz addımları etirazlara səbəb olur

Sirr deyil ki, hər bir ölkənin demoqrafik vəziyyətinə doğum, ölüm, nikah və boşanmalar, mirqasiyanın səviyyəsi, təbii fəlakətlər ölkədəki hərbi və sosial-iqtisadi vəziyyət təsir edir. Bütün bu göstəricilərə görə, Ermənistanın vəziyyəti yumşaq ifadə etsək həsəd aparılası deyil. Erməni saytlarında dərc olunan materiallara görə, bu gün həqiqətən də işğalçı ölkə demoqrafik sahədə ciddi problemlər yaşayır. Son illər dünya göstəricilərinə görə, ölkə əhalisi sürətlə qocalan dövlətlərin siyahısında qərarlaşıb. Ekspertlərin qənaətincə, əgər bu prosesin qarşısını almaq mümkün olmazsa, onda 2050-ci ilə qədər Ermənistan əhalisinin 23 faizindən çoxunun yaşı 63-ü keçəcək. Sürətlə qocalmanın əsas səbəblərindən biri miqrasiya və doğumun ən aşağı həddə olmasıdır. 2011-ci ildən başlayaraq Ermənistanda doğuşun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Miqrasiya ilə də bağlı vəziyyət ağır olaraq qalır. Rəsmi rəqəmlərə görə, 2008-2015-ci illər ərzində ölkəni 307 600 nəfər birdəfəlik tərk edib. Qeyri-rəsmi rəqəmlərə görəsə, bu rəqəm iki dəfə çoxdur. Erməni ekspertləri həyəcan təbili çalaraq doğuşun səviyyəsini əvvəlki qaydada saxlanılmasını zəruri sayırlar.  Onların fikrincə, belə olarsa demoqrafik problemi 20-30 ilə həll etmək mümkündür. Ekspertlərin qənaətincə, 2025-ci ildə erməni xalqı təbii inkişafın mənfi göstəriciləri ilə üzləşəcək. "Aysor.am” yazır ki, demoqrafik göstəricilərdən danışarkən, xüsusi olaraq bir sıra vacib məqamları qeyd etmək gərəkdir. "Bura ölkədəki ümumi mənəvi-psixoloji atmosfer, hakimiyyətdən gözlənti və ümidlər və s. daxildir. Bu səbəbdən də hökumətin hansı demoqrafik kursa malik olduğunu görmək zəruridir. Xüsusən də əgər ölkədə təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddursa. Demoqrafiya təhlükəsizliyə birbaşa təsir edir. Çünki, doğumun aşağı həddə olası birbaşa olaraq gələcəkdə Silahlı Qüvvələrin təşkilinə təsir edir. Xüsusilə vacib olan ictimaiyyətin dövlət və hökumətdən nələri gözləməsi, əhaliyə nələrin təqdim edilməsidir. Doğuşun ən aşağı həddə olması ilk növbədə ölkədə qeyri-düzgün və plansız sosial siyasətlə bağlıdır. Bizlər də bu kimi halların şahidiyik. İstənilən hökumət Ermənistanın başının üstünü kəsdirən demoqrafik fəlakətdən qurtulmaq üçün dəqiq strategiyaya malik olmalıdır. Əslində belə bir strategiya özündə böyük maliyyə resursları, dəqiq müddət nəzərdə tutmalıdır. Belə hallar isə bu gün mövcud deyil. Bir faktı da yaddan çıxarmaq gərək deyil ki, demoqrafik problemləri sürtətli qaydada həll etmək mümkün deyil. Müxtəlif tədqiqat mərkəzlərinin apardıqları tədqiqatların nəticələrinə görə, regionun digər ölkələri iə müqayisədə Ermənistan qocalma indeksində ən aşağı yerdə müəyyənləşib. İkinci yerdə Gürcüstan, sonrakı yerdə isə Azərbaycan gəlir”, - deyə məqalədə vurğulanır.
Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan iddia edib ki, ölkədə demoqrafik problemi həll etmək üçün strategiya hazırlanır. Hakimiyyətə gələndən sonra keçirdiyi ilk müşavirələrdə hər dəfə bu məsələni qabardır, müəyyən tapşırıqlar verdiyini bəyan edirdi. Lakin üstündən bir il keçməsinə baxmayaraq, problem nəinki həllini tapır, əksinə daha da güclənir. Bu günlərdə baş nazirə məlumat verilib ki, ölkə əhalisinin sayı ötən ilin göstəricilərinə görə 2 mln. 972 min nəfər təşkil edib. Yeri gəlmişkən, bu ilin aprel ayında baş nazir ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı Şura da yaradıb. Baş nazirin sözlərinə görə, demoqrafik vəziyyətin ayrıca həlli mövcud deyil və problemə ölkənin sosial-iqtisadi inkişafı kontekstində baxılmalıdır. Ermənistanda vilayətlər üzrə də əhalinin sayı azalır. BMT-nin Əhali Fondunun erməni ofisinin nümayəndəsi Tsovinar Arutyunyan bildirib ki, bu ilin birinci rübündə Ermənistanın 5 vilayətində əhali azalıb. Onun sözlərinə görə, hökumət problemi bilir və onun həlli ilə məşğuldur: "Bundan ötrü baş nazirin yanında ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı komissiya yaradılıb. Artıq Lori, Ararat vilayətlərində situasiyanın öyrənilməsi üçün tədqiqatlara başlanıb - hansı ki, həmin vilayətlərdə keçən il nisbətən ən yüksək təbii artım qeydə alınmışdı. Tədqiqatın nəticələri bir ay sonra məlum olacaq”.
Maraqlıdır ki, ağır iqtisadi-sosial durum insanları çıxış yolu kimi küçələrə çıxmağa vadar edir. İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib. Ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir N.Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. "Baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Paşinyan "Feysbuk” səhifəsində yazıb. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib. Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982