• şənbə, 27 Aprel, 01:07
  • Baku Bakı 14°C

Bu gün “ilin toyu”dur

30.06.17 13:09 1140
Bu gün “ilin toyu”dur
Bu gün "Barselona”nın ulduzu Lionel Messinin toyudur. O, Antonella Rokkuzzo ilə münasibətlərini rəsmiləşdirir. Leonun anadan olduğu Rosario şəhərində təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar. İspaniya mediası "ilin toyu” adlandırılan mərasimə, dəvətlilərin 260 şəxsi təyyarə ilə yollanacağını bildirib.
Artıq iyunun 27-də 12 şəxsi təyyarə Rosario hava limanına enib ki, bu da şəhər üçün rekord göstərici sayılır. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Dünən – iyunun 28-də isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar da Rosarioya gəlib.
Toy mərasimində 300 təhlükəsizlik əməkdaşı qonaqların təhlükəsizliyinə cavabdehlik daşıyacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün xüsusi müqavilələr imzalanıb.
Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılıb.
Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.
Argentina mətbuatı Rosario şəhərində son bir həftə ərzində canlanma yarandığını yazıb. Belə ki, şəhər tamamilə təmizlənib, divarlar Messinin şəkilləri ilə bəzədilib, bir çox yerdə ölkə bayrağı asılıb. Sakinlər "sanki başqa planetdə yaşayırıq” deməklə, vəziyyətdən məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.
banner

Oxşar Xəbərlər