Barselonadakı terror barədə - Təslim olmayacağıq
Lionel Messi Barselonada törədilən terror aktına münasibət bildirib.
Kaspi.az xəbər verir ki, "Barselona”nın futbolçusu terror nəticəsində
həlak olanların ailələrinə başsağlığı verib. O, dünyada nifrətsiz və sakit
yaşamaq istəyənləri sayının çox olduğunu, təslim olmayacaqlarını bildirib:
"Sevimli Barselonamda baş verən terror aktı nəticəsində həyatını
itirənlərin yaxınlarına başsağlığı verirəm. Təslim olmayacağıq. Biz - sakit
dünyada nifrətsiz və başqalarına hörmət şəraitində yaşamaq istəyənlər daha
çoxuq”.
Avqustun 17-də Barselonada mikroavtobusu turistlərin üstünə sürüblər.
Rəsmi məlumata görə, 13 nəfər ölüb, 50 nəfər xəsarət alıb.