AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Barsa” 5 gün dincələcək, “Real” narazıdır

“Barsa” 5 gün dincələcək, “Real” narazıdır

İdman
23 İyun 2020, 12:52 357
"Real” İspaniya çempionatının təqvimindən narazıdır. 
 
Kaspi.az xəbər verir ki, "kral klubu”nun rəhbərliyi La Liqa rəsmilərinə şikayət edib. "Real” rəhbərliyi hesab edir ki, yerdə qalan oyunların təqvimi "Barselona”ya üstünlük yaradır. 
 
33-cü turda "Real” "Xetafe”ni qəbul edir. Bu qarşılaşma iyulun 2-si gecə saat 24:00-da başlayır. 34-cü turda isə "kral klubu” "Atletik”in qonağı olacaq. Bu oyun isə iyulun 5-i saat 16:00-a planlaşdırılıb. 
 
Rəhbərliyi narazı salan odur ki, iki oyun arasındakı vaxt 3 gündən azdır. Amma əsas rəqib "Barselona” üçün təqvim uyğundur. "Barsa” iyunun 30-da "Atletiko”nu qəbul edəcək, iyulun 5-də issə "Vilyarreal”ın qonağı olacaq. 
 
Bu məqam da "Real” rəhbərliyini qane etmir. Onlar əsas rəqiblərinin daha çox istirahət edəcəyini bildirilər. 30 turdan sonra "Real” və "Barselona” 60 xal toplayıblar.