Anası narazıdır, “Barsa”ya göndərmək istəyir

Anası narazıdır, “Barsa”ya göndərmək istəyir

İdman
09 Oktyabr 2019, 11:53 199
"Yuventus”un yarımmüdafiəçisi Adrian Rabo komandadakı durumundan narazıdır.
 
Kaspi.az xəbər verir ki, "Yuve”nin baş məşqçisi Mouritsio Sarri Rabonu daim start heyətin də meydana buraxmır. Futbolçunun durumu onun anası Veroniko Rabanı da narazı salıb. 
 
Əgər vəziyyət düzəlməsə, onda Veronika oğlunun "Barselona”ya keçməsinə cəhd göstərəcək. Bu variant yayda yaranmışdı, ancaq həmin vaxt futbolçu "Yuve”yə üstünlük vermişdi. 
 
Rabo "Yuventus”a havayı başa gəlib. PSJ ilə müqaviləsi başa çatdığı üçün Turin nəhənginə azad agent kimi keçib. O, cari mövsümdə A seriyasında cəmisi 3 oyunda meydana çıxıb ki, onlardan da yalnız birində 90 dəqiqə oynayıb.